Rusiyada tanınmış alim qətlə yetirilib
Bakı, 4 mart, AZƏRTAC
COVID-19 virusuna qarşı “Sputnik V” peyvəndini icad edən tanınmış rus alimlərdən biri 48 yaşlı Andrey Butikov Moskvadakı mənzilində qətlə yetirilib.
AZƏRTAC Moskva polisinə istinadla xəbər verir ki, Andrey Butikov kəmərlə boğularaq öldürülüb. Ölməmişdən qabaq alim qatilə müqavimət göstərib, lakin hücumu dəf edə bilməyib. Onun bədənində kəsici və deşici alət yaraları var.
Polisin qətl hadisəsi ilə bağlı həyata keçirdiyi əməliyyat zamanı bir nəfər şübhəli şəxs qismində həbs edilib. Polis təhqiqatı davam etdirir.
ABŞ-da atışma olub, bir nəfər ölüb
ABŞ Dövlət katibi Hakan Fidanı təbrik edib
Kadırov çeçen döyüşçülərini Belqorod vilayətinə göndərməyə hazır olduğunu açıqlayıb
Vaşinqtonda “partlayış” çaxnaşması
Pakistanın Baş naziri Ərdoğanı Strateji Əməkdaşlıq Şurasının Toplantısına dəvət edib