×
A
A
A
Sazlamalar

“Neftçi” klubu “Yuventus” və “Beşiktaş”la eyni qrupda

Bakı, 4 mart, AZƏRTAC

“Neftçi” klubunun 12 yaşadək futbolçulardan ibarət komandası aprelin 6-dan 9-dək İzmirdə keçiriləcək “İzmir Cup” beynəlxalq turnirində iştirak edəcək.
AZƏRTAC Bakı təmsilçisinə istinadla xəbər verir ki, baş məşqçi Vaqif Əliyevin yetirmələri H qrupunda Türkiyənin “Beşiktaş”, “Giresunspor”, İzmir şəhərinin çempionu, İtaliyanın “Yuventus”, Almaniyanın “Şalke”, Fransanın “Mets”, Belçikanın “Vesterlo” və Rusiyanın “Zenit” klubları ilə mübarizə aparacaqlar.
Yetmiş iki komandanın mübarizə aparacağı turnirdə Türkiyənin “Qalatasaray” və “Fənərbağça” klubları ilə yanaşı, PSJ (Fransa), “Bavariya” (Almaniya), “Mançester Siti” (İngiltərə) və “Çelsi” (İngiltərə) kimi Avropa nəhəngləri də yarışacaq.
Qeyd edək ki, “Neftçi” Futbol Akademiyası bu mövsüm artıq 3 beynəlxalq turnirdə iştirak edib. U-17 avqust-sentyabr aylarında Romada təşkil olunmuş Skopinyo kuboku yarışlarında, U-11 isə oktyabrda Almaniyanın Düsseldorf şəhərində keçirilmiş “VW Wolf Herbst Cup” və noyabrda İstanbul şəhərində baş tutmuş Can Bartu beynəlxalq turnirlərində güclərini sınayıblar.

İdman 2023-03-04 15:36:00