Yeni Zelandiya sahillərində 6,9 bal gücündə zəlzələ olub
Pekin, 4 mart, AZƏRTAC
Sakit okeanda, Yeni Zelandiyanın Kermadek adalarından 79 kilometr cənubda 6,9 bal gücündə zəlzələ olub.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, bu barədə ABŞ-nin Geologiya Xidməti məlumat yayıb. Yerli vaxtla 19:41-də (Bakı vaxtı ilə 10:41) baş verən yeraltı təkanın ocağı yer səthindən 152 kilometr dərinlikdə olub. Avropa Seysmologiya Xidməti isə zəlzələnin gücünün 6,6 bal, ocağın dərinliyinin isə 183 kilometr olduğunu açıqlayıb. ABŞ-ın Sunami Xəbərdarlıq Sistemi zəlzələdən sonra sunami xəbərdarlığı elan etməyib.
Qeyd edək ki, 2019-cu ildə Kermadek adları yaxınlığında baş vermiş 7,2 bal gücündə zəlzələ Yeni Zelandiya sahillərində sunamiyə səbəb olmuşdu.
ABŞ Dövlət katibi Hakan Fidanı təbrik edib
Kadırov çeçen döyüşçülərini Belqorod vilayətinə göndərməyə hazır olduğunu açıqlayıb
Vaşinqtonda “partlayış” çaxnaşması
Pakistanın Baş naziri Ərdoğanı Strateji Əməkdaşlıq Şurasının Toplantısına dəvət edib
Səudiyyə Ərəbistanı neft hasilatını bir ay ərzində sutkada 1 milyon barel azaldacaq