Zaporojyedə yaşayış binasına raket hücumu nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb
Kiyev, 4 mart, AZƏRTAC
Rusiya hərbçilərinin martın 2-də Ukraynanın Zaporojye şəhərində çoxmərtəbəli binanı raketlə vurması nəticəsində həlak olanların sayı 10 nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti məlumat yayıb.
Martın 4-ü saat 07:00-a olan məlumata görə, xilasedicilər dağıntılar altından daha 3 sakinin meyitini çıxarıblar. Həlak olanlardan biri uşaqdır.
Dövlət Xidmətinin əməkdaşları iki gündür ki, raket hücumunun nəticələrini aradan qaldırır. Eyni zamanda, binanın 92 sakininə və zərərçəkənlərin yaxınlarına psixoloji yardım göstərilir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Misirlə sərhəddə İsrailin 3 əsgəri öldürülüb
Hindistanda qatar qəzasında ölənlərin sayı 290-a çatıb
Türkiyə NATO-nun xahişi ilə Kosovoya komando taboru göndərəcək