Almaniya Ukraynada tank zavodu tikmək niyyətindədir
Kiyev, 4 mart, AZƏRTAC
Almaniyanın “Rheinmetall” silah istehsalı konserni Ukraynada tank zavodu tikmək niyyətindədir. Artıq bununla bağlı danışıqlar gedir.
AZƏRTAC xəbər verir ki, bu barədə şirkətin rəhbəri Armin Papperqerin “Spiegel”ə müsahibəsində məlumat verib.
"Rheinmetall" təxminən 200 milyon avroya Ukraynada ildə 400-dək "Pantera" tankı istehsal edəcək zavod tikə bilər. Ukrayna hökuməti ilə danışıqlar perspektivlidir və ümid edirəm ki, bu barədə qərar növbəti iki ay ərzində qəbul olunacaq", - deyə Papperqer bildirib. Onun sözlərinə görə, müharibədə qalib gəlmək üçün Ukraynaya 600-dən 800-ə qədər tank lazımdır və bu ehtiyacı ödəmək üçün istehsal dərhal qurulmalıdır.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
ABŞ Dövlət katibi Hakan Fidanı təbrik edib
Kadırov çeçen döyüşçülərini Belqorod vilayətinə göndərməyə hazır olduğunu açıqlayıb
Vaşinqtonda “partlayış” çaxnaşması
Pakistanın Baş naziri Ərdoğanı Strateji Əməkdaşlıq Şurasının Toplantısına dəvət edib
Səudiyyə Ərəbistanı neft hasilatını bir ay ərzində sutkada 1 milyon barel azaldacaq