BMT-nin Baş katibi: Nüvə, kimyəvi və bioloji silahlar bizi məhv etmədən biz onları məhv edək
Bakı, 4 mart, AZƏRTAC
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş 5 Mart - Beynəlxalq Silahsızlanma və Nüvə Silahlarının Yayılmaması Günü ilə bağlı bəyanat yayıb.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, Baş katib qlobal hərbi xərclərin rekord həddə çatdığına diqqət çəkib. Quterreş bu vəziyyətin beynəlxalq arenada artan etibarsızlıq və qlobal münaqişələr səbəbindən müharibə risklərini artırdığını qeyd edib.
“Sülh, tərksilah və nüvə silahlarının yayılmasının qarşısının alınmasına qoyulan sərmayə ortaq gələcəyimizə qoyulan sərmayədir. Nüvə, kimyəvi və bioloji silahlar bizi məhv etmədən biz onları məhv edək. Bu və bu kimi silah sistemlərinin dünyamızda yeri yoxdur. Bu silah sistemləri bəşəriyyəti təhdidə davam edir”, - deyə Baş katib bəyanatında bildirib.
Misirlə sərhəddə İsrailin 3 əsgəri öldürülüb
Hindistanda qatar qəzasında ölənlərin sayı 290-a çatıb
Türkiyə NATO-nun xahişi ilə Kosovoya komando taboru göndərəcək