Con Kennedinin qardaşı oğlu ABŞ prezidentliyinə namizədliyini irəli sürməyi planlaşdırır
Bakı, 4 mart, AZƏRTAC
ABŞ-ın 35-ci Prezidenti Con Kennedinin qardaşı oğlu, hüquqşünas və siyasətçi kiçik Robert Kennedi 2024-cü ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürməyi düşünür.
AZƏRTAC xəbər verir ki, bu barədə “Fox News” xəbər yayıb.
Cümə günü Nyu-Hempşirdə keçirilən tədbirdə çıxış edən 69 yaşlı Robert Kennedi bildirib ki, prezidentliyə namizədliyini irəli sürməkdə əsas maneə həyat yoldaşının razılığını almaq olub.
O, Robert Kennedinin (1925-1968) oğlu, keçmiş Amerika lideri Con Kennedinin (1917-1963) isə qardaşı oğludur. “Fox News” vurğulayıb ki, kiçik Robert Kennedi namizədliyinin Demokratlar Partiyasından irəli sürülməsi üçün müraciət etmək niyyətindədir.
ABŞ Dövlət katibi Hakan Fidanı təbrik edib
Kadırov çeçen döyüşçülərini Belqorod vilayətinə göndərməyə hazır olduğunu açıqlayıb
Vaşinqtonda “partlayış” çaxnaşması
Pakistanın Baş naziri Ərdoğanı Strateji Əməkdaşlıq Şurasının Toplantısına dəvət edib
Səudiyyə Ərəbistanı neft hasilatını bir ay ərzində sutkada 1 milyon barel azaldacaq