×
A
A
A
Sazlamalar

Səudiyyə Ərəbistanı Ukraynaya 168 ton humanitar yardım göndərib

Bakı, 4 mart, AZƏRTAC

Səudiyyə Ərəbistanı Ukraynaya iki təyyarə ilə 168 ton humanitar yardım göndərib.
AZƏRTAC xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının SPA agentliyi məlumat yayıb.
Humanitar yük tikinti materialları, generatorlar və dərmanlardan ibarətdir.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Əl Səud fevralın 26-da ölkələr arasında diplomatik münasibətlərin qurulmasından sonra ilk səfərini Ukraynaya edib. O, Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşündən sonra keçirilən mətbuat konfransında bildirmişdir ki, “Krallıq gərginliyi azaltmağa və sülhə nail olmağa kömək edəcək istənilən təşəbbüsü dəstəkləməkdə maraqlıdır”.

Dünya 2023-03-04 07:22:00