×
A
A
A
Sazlamalar

Yeni Zelandiya yaxınlığında 5 bal gücündə zəlzələ baş verib

Bakı, 4 mart, AZƏRTAC

Sakit okeanda Yeni Zelandiyanın bir hissəsi olan Kermadec arxipelaqı ərazisində 5 bal gücündə zəlzələ qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri 110 min nəfər əhalisi olan Tauranqa şəhərindən 761 kilometr şimal-şərqdə, 19 kilometr dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan edilməyib.

 

Dünya 2023-03-04 06:40:00