×
A
A
A
Sazlamalar

Azərbaycanın turizm imkanları MDB ölkələri üzrə təbliğ edilir

Bakı, 3 mart, AZƏRTAC

Azərbaycan Turizm Bürosu Rusiyanın Moskva şəhərində keçirilən “Luxury Travel Mart (Spring Edition)” adlı tədbirdə iştirak edir.
Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, tədbir çərçivəsində Rusiya, Qazaxıstan, Belarus, Özbəkistan kimi ölkələrdə fəaliyyət göstərən turizm şirkətləri ilə B2B formatında görüşlər keçirilir.
Görüşlərdə xarici turizm şirkətlərinə Azərbaycanın turizm məhsulları, hotelləri, turizm şirkətləri haqqında məlumatlar təqdim edilir.
Qeyd edilən ölkələrdən Formula 1 çərçivəsində planlaşdırılan turlara, eləcə də yay mövsümündə Azərbaycanda təklif edilən turlara maraq göstərilir.
Həmçinin MDB ölkələrində fəaliyyət göstərən turizm şirkətləri ilə görüşlər zamanı Azərbaycanın müalicəvi kurortları haqda məlumat verilir.

Turizm 2023-03-03 18:00:00