×
A
A
A
Sazlamalar

“Sabah” klubu Boyan Letiçə yeni müqavilə təklif edib

Bakı, 3 mart, AZƏRTAC

“Sabah” klubu Boyan Letiçə yeni müqavilə təklif edib.
AZƏRTAC xəbər verir ki, baş məşqçi Murad Musayev növbəti mövsüm üçün quracağı komandada Letiçi də görmək istəyir. Bu səbəbdən də ona yeni müqavilə təklif olunub.
Futbolçu “Sabah”da qalmağa razı olsa, yeni müqavilənin detalları müzakirə olunacaq.
Qeyd edək ki, futbolçunun “Sabah”la müqaviləsi cari mövsümün sonunadəkdir.

İdman 2023-03-03 16:53:00