×
A
A
A
Sazlamalar

“Zirə” klubu Nemanya Andelkoviçi geri qaytarıb

Bakı, 3 mart, AZƏRTAC

“Zirə” klubu qış fasiləsində komandadan ayrılan futbolçu Nemanya Andelkoviçi geri qaytarıb.
AZƏRTAC xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Serbiyalı müdafiəçi mövsümün sonunadək “Zirə”də çıxış edəcək.
Qeyd edək ki, “Zirə” yanvarda oyunçu ilə qarşılıqlı razılaşma ilə yolları ayırmışdı. N.Andelkoviç 2021-ci ilin yanvarından “Zirə”də oynayır.

İdman 2023-03-03 16:53:00