Azərbaycan Höküməti ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında saziş imzalanıb
Bakı, 3 mart, AZƏRTAC
Azərbaycan Höküməti ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında “Regional Yollar və İnkişaf Layihəsi üzrə Kredit sazişi" imzalanıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Kredit Sazişi çərçivəsində mövcud “Yenikənd-Biləsuvar (km 32+140÷103+320) hissəsinin yenidən qurulması” layihəsi, Salyan-Biləsuvar dəhlizi boyunca təhlükəsiz, səmərəli və dayanıqlı nəqliyyat sisteminin təmin edilməsi işləri yerinə yetiriləcək.
Sözügedən layihənin icrasına dəstək missiyası ilə AAYDA-nın İdarə Heyətinin sədri Saleh Məmmədov görüşüb.
Görüşdə tapşırıq qrupunun rəhbəri, nəqliyyat üzrə baş iqtisadçı Nicat Vəliyev, Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl, 2 saylı layihələrin İdarə edilməsi Qrupunun direktoru Mehman Babaxanov və 2 saylı Layihələrin İdarə olunması Qrupunun mühəndisi Əyyub Hüseynov iştirak edib.
Görüşdə Kredit Sazişi üzrə nəzərdə tutulmuş layihələrin icra vəziyyəti, qarşıya çıxan çətinliklərin həlli və gələcək əməkdaşlığın perspektivləri ətraflı şəkildə müzakirə olunub.
Ekspert: İnşaat sektorunun inkişafına təsir edən bir sıra amillər mövcuddur
İnşaat sektorunda yeni texnologiyaların tətbiqi günün reallığıdır - Açıqlama
Pirallahı rayonunun Gürgən qəsəbəsində İlqar Məcidov küçəsi təmir olunub VİDEO
AAYDA son həftə ərzində gördüyü işləri açıqlayıb
Tikinti sektoru üzrə sahibkarlığa effektiv dəstək dövlət siyasətidir - Açıqlama