Xocalı soyqırımının 31-ci ildönümü Aktauda silsilə tədbirlərlə qeyd olunub
Bakı, 3 mart, AZƏRTAC
Azərbaycanın Aktau şəhərindəki Baş konsulluğunun təşkilatçılığı və dəstəyi ilə Qazaxıstanın Uralsk, Atırau, Aktyubinsk, Mangistau vilayətlərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimləri təşkil edilib.
Bu barədə AZƏRTAC-a Baş konsulluqdan məlumat verilib.
Bildirilir ki, silsilə tədbirlər çərçivəsində hər dörd vilayətdə Baş konsulluğun təşkilatçılığı və diaspor təşkilatlarının dəstəyi ilə “dəyirmi masa”lar təşkil olunub, ehsan süfrələri açılıb.
Baş konsulluqda Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Mərkəzinin birgə təşkilatçılığı ilə “Sülh səması uğrunda” adlı fləşmob təşkil olunub. Bundan başqa, Atırau vilayətində fəaliyyət göstərən diaspor təşkilatlarının Xocalı faciəsi və Qazaxıstan Respublikasında keçirilən xeyriyyə günü ilə əlaqədar Atırau şəhərindəki uşaq evinə yardım edilib. Uşaq evinə stol, stul, oyuncaqlar, eləcə də digər ləvazimatlar verilib.
Uşaq evinin rəhbərliyi və sakinlər göstərilən yardıma, diqqət və qayğıya görə, Azərbaycan dövlətinə və Baş konsulluğa minnətdarlıq ediblər.
Bakı Kitab Mərkəzində “Khojaly Scream” kitabının təqdimatı olub
Ombudsman 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
Xocalı soyqırımının 31-ci ildönümü Aktauda silsilə tədbirlərlə qeyd olunub
Fransa portalı Xocalı soyqırımından bəhs edən məqalə yayıb
Gürcüstan mətbuatı Vyanada Xocalı soyqırımı ilə bağlı aksiyadan yazıb