Fransa portalı Xocalı soyqırımından bəhs edən məqalə yayıb
Paris, 3 mart, AZƏRTAC
Fransada “NDC-Nouvelles du continent” portalında “Xocalı qətliamının 31-ci ildönümü” adlı məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, vəkil Jan-Emmanuel Medinanın “Sivilizasiyaların toqquşmasından sonra Pan-Antropik konvergensiya” adlı kitabından Xocalı soyqırımı ilə bağlı hissə əsasında hazırlanan məqalədə Xocalı faciəsinin tarixi haqqında məlumat verilib, bu şəhid şəhərin Qafqaz regionunun müasir tarixində kütləvi qırğına məruz qalmasından, Ermənistan-Azərbaycan münaqişəsinin episentrinə çevrilməsindən yazılıb. Müəllif Xocalının erməni silahlı qüvvələri tərəfindən mühasirəyə alınmasından, mülki əhalinin bir gecədə qətlə yetirilməsindən, şəhid şəhəri olmasından danışıb.
Bildirilib ki, 30 ildən çox vaxt keçməsinə baxmayaraq, Xocalı soyqırımından qaçıb canını qurtaranlar hələ də o dəhşətli gecənin acı xatirələri ilə yaşayırlar. Bir çox ölkələrdə Xocalı soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək üçün abidələr ucaldılıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
Xocalı soyqırımı şahidinin xatirələri holland dilində dərc olunub
Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı ümumukrayna onlayn konfransı keçirilib
Dmitri Savelyev: Xocalı hadisələrinə soyqırımından başqa ad vermək çətindir
Xocalı faciəsi ilə əlaqədar Sloveniyanın paytaxtında maarifləndirmə aksiyası keçirilib
Parisdə “İşgəncələr məbədi - Şuşa həbsxanası” sənədli filmi nümayiş olunub VİDEO