×
A
A
A
Sazlamalar

“Tokio-2020” Yay Olimpiya Oyunlarının qalibi Azərbaycana gələcək

Bakı, 3 mart, AZƏRTAC

Martın 9-dan 12-dək Bakıda idman gimnastikası üzrə dünya kuboku yarışları keçiriləcək.
AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, yarışlarda iştirak edəcək İsrail yığmasının heyəti açıqlanıb. Heyətdə “Tokio-2020” Yay Olimpiya Oyunlarının qalibi Artyom Dolqopyat, Eyal İndiq, Andrey Medvedev, Aleksandr Myakinin və Lihi Raz yer alıblar.
Turnirdə rekord sayda - 49 ölkədən 170 idmançının iştirakı gözlənilir.
Dörd gün davam edəcək yarışların yekununda ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku təqdim olunacaq.

İdman 2023-03-03 12:56:00