×
A
A
A
Sazlamalar

“Zirə” – “Şamaxı” matçı ilə Premyer Liqanın XXV turuna start veriləcək

Bakı, 3 mart, AZƏRTAC

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXV tura start veriləcək.
AZƏRTAC xəbər verir ki, turun ilk oyun günündə bir qarşılaşma keçiriləcək. Hazırda 35 xalla turnir cədvəlində dördüncü pillədə qərarlaşan “Zirə” 19 xalla səkkizinci olan “Şamaxı” ilə qarşılaşacaq.
Zirə İdman Kompleksinin stadionunda keçiriləcək matç saat 17:00-da başlayacaq.
Qeyd edək ki, turun “Səbail” – “Sumqayıt”, “Sabah” – “Kəpəz” oyunları martın 4-də, “Qəbələ” – “Qarabağ” və “Neftçi” – “Turan Tovuz” matçları isə ayın 5-də keçiriləcək.

 

İdman 2023-03-03 11:50:00