×
A
A
A
Sazlamalar

Aylton karyerasını yenidən Azərbaycanda davam etdirə bilər

Bakı, 3 mart, AZƏRTAC
Vaxtilə “Qarabağ” və "Neftçi"də oynamış yarımmüdafiəçi Aylton karyerasını yenidən Azərbaycanda davam etdirə bilər.
AZƏRTAC xəbər verir ki, braziliyalı futbolçu bir neçə klubumuzdan təklif alıb. Hazırda Aylton həmin klubların təkliflərini dəyərləndirir.
Futbolçunun sonuncu klubu Rusiyanın aşağı divizion təmsilçisi “Rodina” olub. O, həmçinin Almaniyanın “Ştutqart”, Portuqaliyanın “Braqa” və “Eştoril” klublarında da çıxış edib.

İdman 2023-03-03 04:23:00