×
A
A
A
Sazlamalar

Milli həndbol komandamız Avropa çempionatına hazırlaşır

Bakı, 3 mart, AZƏRTAC

17 yaşadək qızlardan ibarət milli həndbol komandamız Avropa çempionatına hazırlığı davam etdirir.
Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, baş məşqçi Sergey Kambur və köməkçisi Sakinat Abbasovanın rəhbərliyi ilə "AHF Arena"da keçirilən təlim-məşq toplanışına 18 həndbolçu cəlb edilib.
Təlim-məşq toplanışında komandanın fiziki və taktiki-texniki hazırlığına önəm verilir. Hazırlığın növbəti mərhələsi martın 18-dən 28-dək Göygöl Olimpiya Kompleksində təşkil olunacaq.
Qeyd edək ki, 17 yaşadək qızların Avropa çempionatı avqustun 5-dən 13-dək Bakıda keçiriləcək. Millimiz "A" qrupunda Bosniya və Herseqovina, Sloveniya, Litva və Gürcüstan kollektivləri ilə yarışacaq.
"B" qrupunda isə İspaniya, İsrail, Yunanıstan, Lüksemburq və Farer adaları komandaları mübarizə aparacaqlar.

İdman 2023-03-03 01:45:00