×
A
A
A
Sazlamalar

Gimnastımız Dünya Kubokunda finala yüksəlib

Bakı, 2 mart, AZƏRTAC

Qətərin Doha şəhərində keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda yığma komandamızın üzvü Nazənin Teymurova sərbəst hərəkətlərin icrasında təsnifat mərhələsini beşinci pillədə başa vurub.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.
İdmançımız bu nəticə ilə adını finala yazdırıb.
Qeyd edək ki, daha əvvəl gimnastımız Nikita Simonov halqalarla hərəkətlərin icrasında həlledici mərhələyə yüksəlib.

İdman 2023-03-02 20:30:00