Azexport.az portalı və Rəqəmsal Ticarət Qovşağı e-ticarət konsultasiya mərkəzinə qoşulur
Bakı, 2 mart, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu Azexport.az portalı və Rəqəmsal Ticarət Qovşağının nümayəndələri EU4Digital təşəbbüsü ilə e-ticarət konsultasiya mərkəzinin tətbiqinə dair keçirilən onlayn görüşdə iştirak ediblər.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, görüşdə Şərq Tərəfdaşlığı ölkələrindən olan əlaqəli qurumlar iştirak edib. Sessiya zamanı e-ticarət konsultasiya mərkəzinin əsas məqsədi, keçiriləcək təlimlər və bizneslərin əldə edəcəyi imkanlar müzakirə olunub.
Qeyd edək ki, proqram e-ticarət sahəsinin inkişafını sürətləndirmək, bizneslərə beynəlxalq bazara çıxış, logistika, marketinq, vergi və digər sahələrdə yaranan çağırışlara dəstək imkanı yaradır.
“Azərpoçt” bayram günlərində növbəli iş rejimində çalışır
RİNN-in nümayəndələri EaPeReg-in 21-ci plenar iclasında iştirak ediblər
8574 IMEI koda “klon” statusu verilib
“Samsung” istifadəçilərinin nəzərinə: mobil telefonunuzdakı fərdi məlumatlarınız ələ keçə bilər