×
A
A
A
Sazlamalar

Qatar maşinisti peşəsi üzrə namizədlərin növbəti seçimi elan edilib

Bakı, 2 mart, AZƏRTAC
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti hərəkət qatarlarının maşinisti peşəsi üzrə namizədlərin növbəti seçimini elan edib.
Metropolitendən AZƏRTAC-a verilən məlumata görə, seçimdə yaşı 24-30 arasında olan kişilər və qadınlar, ali texniki və orta texniki təhsilli, ilk peşə ixtisaslı, kişi namizədlər üçün hərbi bilet (yararlılıq kateqoriyası ilə) tələb olunur.
Seçim müsahibə və psixoloji testlərin keçirilməsi yolu ilə aparılacaq. Uyğun namizədlər tibbi yoxlamadan sonra tədris prosesinə qatılacaqlar. Tədris nəzəri və praktiki hissələrdən ibarət olmaqla 6-7 ay davam edəcək.
İddiaçılar “Bakı Metropoliteni” QSC-nin rəsmi internet saytının “Karyera” bölməsinə daxil olaraq, “Elektron ərizə” yarımbölməsində elektron müraciət formasını doldurmalıdırlar.
Ərizə forması doldurularkən, “işləmək istədiyiniz işin adı” xanasına, mütləq qaydada, “maşinist” qeyd olunmalıdır.
Elektron ərizələr 2023-cü il mart ayının 1-dən 19-na qədər qəbul edilir.
Xüsusi qeyd: Ərizə formaları proqramlaşdırılmış qaydada avtomatik qeydə alınır. Bu səbəbdən göstərilən müddətdən əvvəl və sonra göndərilən, eləcə də müvafiq xanada “maşinist” qeydi olmayan ərizələr CV bankına daxil olmur.

Nəqliyyat 2023-03-02 12:00:00