Baş nazirin müavini Əli Əhmədov Monteneqronun əmək və sosial rifah naziri ilə görüşüb
Bakı, 2 mart, AZƏRTAC
Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov martın 2-də Monteneqronun əmək və sosial rifah naziri Admir Adroviç ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan-Monteneqro dostluq münasibətlərinin müxtəlif istiqamətlərdə uğurlu inkişafından məmnunluq ifadə olunub.
Azərbaycanda sosial sahədə aparılan ardıcıl islahatlar, əhalinin sosial təminatının yaxşılaşdırılması, əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin artırılması istiqamətində görülən davamlı tədbirlər barədə məlumat verilib.
Söhbət zamanı, həmçinin Azərbaycan ilə Monteneqro arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.
Azərbaycan və Serbiya parlamentləri arasında anlaşma memorandumu imzalanıb
Baş nazir Əli Əsədov Monteneqro parlamentinin sədri ilə görüşüb
Azərbaycanın xarici işlər naziri Avropa Şurasının Bakı ofisinin rəhbəri ilə görüşüb
İtaliyalı nazir müavini: Azərbaycan bizim üçün strateji tərəfdaşdır