×
A
A
A
Sazlamalar

Gimnastımız Dünya Kubokunda finala vəsiqə qazanıb

Bakı, 2 mart, AZƏRTAC

Qətərin Doha şəhərində keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda Azərbaycan millisinin üzvü Nikita Simonov finala vəsiqə qazanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.
Bildirilib ki, 27 yaşlı idmançı halqalarla hərəkətlərin icrasında təsnifat mərhələsini 4-cü pillədə başa vurub.
Bu, Simonovun finala adlaması üçün yetərli olub.

İdman 2023-03-02 11:15:00