×
A
A
A
Sazlamalar

Alyona Dyaçenko: Azərbaycan gimnastika məktəbi çox güclüdür

Bakı, 2 mart, AZƏRTAC

Azərbaycan gimnastika məktəbi çox güclüdür. Möhtəşəm bazanız var. Son illər ərzində gimnastlarınız çox inkişaf ediblər. Hesab edirəm ki, onlar bütün dünya yığmaları üçün ciddi rəqib hesab olunurlar.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakı Olimpiya İdman Kompleksində ustad dərsləri keçən tanınmış ukraynalı bədii gimnast, Yay Universiadasının gümüş mükafatçısı, Çin milli komandasının məşqçisi Alyona Dyaçenko deyib.
Bakıya üçüncü dəfə səfər etdiyini bildirən A.Dyaçenko bildirib ki, Ukrayna yığma komandasının tərkibində burada yarışda iştirak edib: “Dünya kuboku yarışları ilə bağlı səfərim də olub. Burada gəzməyə də imkan tapmışıq. Bakını çox bəyənirəm, çox gözəl şəhərdir. Doğma şəhərim Kiyevi xatırladır”.

İdman 2023-03-02 01:50:00