×
A
A
A
Sazlamalar

Azərbaycan İdman Jurnalistləri İctimai Birliyi yeni layihəyə başlayır

Bakı, 1 mart, AZƏRTAC

Azərbaycan İdman Jurnalistləri İctimai Birliyi (İB) idman jurnalistləri arasında təlim və kursların tədris edilməsi ilə bağlı müsabiqə elan edir.
İB-dən AZƏRTAC-a bildiriblər ki, müsabiqədə proqramlar üzrə təlimçilər ödənişli əsaslarla biliklərini və təcrübələrini bölüşmək üçün kurslara və təlimlərə dəvət olunacaqlar.
Müsabiqəyə idman jurnalisti peşəsi, idman televiziyası, radio idman jurnalistikası, idman şərhçisi, dayt və qəzetdə idman jurnalistikası, idman xəbərlərinin hazırlanması, foto idman jurnalistikası və idman yarışlarında qeydiyyat, iş prinsipləri, müsahibələrin alınması və turnirlərin işıqlandırılması mövzusu daxildir.
Qeyd edək ki, idman jurnalisti olmaq istəyən gənclər üçün ayrıca elan veriləcək. Kurslar ödənişli olacaq. Fərqlənənlər ödənişsiz təcrübə keçmək imkanı qazanacaqlar. Eyni zamanda onların adları İB-nin CV bazasına ötürüləcək və vakansiyalar olduqda işə yönləndiriləcəklər.

İdman 2023-03-01 19:03:00