×
A
A
A
Sazlamalar

Peşəkar Futbol Liqasının icraçı-direktoru “Anderlext”–“Vilyareal” matçına təyinat alıb

Bakı, 1 mart, AZƏRTAC

Peşəkar Futbol Liqasının icraçı-direktoru Zaur Hacı-Məhərrəmov UEFA-dan yeni təyinat alıb.
AZƏRTAC AFFA-nın saytına istinadla xəbər verir ki, Avropa Konfrans Liqası çərçivəsində keçiriləcək “Anderlext” (Belçika)–“Vilyareal” (İspaniya) oyununun UEFA nümayəndəsi Zaur Hacı-Məhərrəmov olacaq.
Matç martın 9-da Belçikanın Brüssel şəhərindəki “RSC Anderlecht Stadium”da oynanılacaq.

İdman 2023-03-01 18:30:00