×
A
A
A
Sazlamalar

Ukraynalı gimnast Alyona Dyaçenko Bakıda ustad dərsləri keçib

Bakı, 1 mart, AZƏRTAC

Ukraynanın tanınmış bədii gimnastı Alyona Dyaçenko Bakıda ustad dərsləri keçib.
AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, dərslər Bakı Olimpiya İdman Kompleksində baş tutub.
Məşğələlərə 9 klubdan 120 gimnast qatılıb.
Qeyd edək ki, gimnast Yay Universiadasının gümüş mükafatçısıdır.

İdman 2023-03-01 17:52:00