×
A
A
A
Sazlamalar

Azərbaycan kuboku yarışlarının final oyunu “Bakcell Arena”da keçiriləcək

Bakı, 1 mart, AZƏRTAC

Futbol üzrə Azərbaycan kuboku yarışlarının 2022-2023-cü il mövsümünün final matçının keçiriləcəyi stadion müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, Peşəkar Futbol Liqasının qərarına əsasən, oyun “Bakcell Arena”da baş tutacaq.
Ölkə kuboku yarışlarının həlledici qarşılaşması öncədən elan olunduğu kimi iyunun 3-də keçiriləcək.

 

İdman 2023-03-01 17:12:00