×
A
A
A
Sazlamalar

İstehlaka yararsız qida məhsulları məhv edilib

Bakı, 1 mart, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması və qida təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tədbirlər görür və bu sahədə sahibkarlıq subyektləri ilə birgə əməkdaşlığı davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, istehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı daxil olan müraciət əsasında “Star Farm” MMC-yə məxsus ümumi sayı 7930 ədəd və Hüseynov Rahid Ramiz oğluna məxsus ümumi sayı 4196 ədəd bioloji aktiv qida məhsulu “Təhlükəli Tullantılar” MMC-nin tullantıların zərərsizləşdirilməsi poliqonunda, “Aqro-Vest DC” MMC-yə məxsus ümumi çəkisi 22,94 ton müxtəlif növ qida məhsulu isə “EkoSum” MMC-nin tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

Sosial 2023-03-01 14:31:00