×
A
A
A
Sazlamalar

Sərnişin və yük daşınmasında artım qeydə alınıb

Bakı, 1 mart, AZƏRTAC

Azərbaycanda 2023-cü ilin yanvar ayında dəmir yolu nəqliyyatı ilə 478,5 min sərnişin daşınıb.
AZƏRTAC Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, 2022-ci ilin yanvar ayı ilə müqayisədə sərnişin daşınmasında 55,4 faiz artım müşahidə olunub.
Ümumilikdə, 2023-cü ilin yanvar ayında nəqliyyatçılar 138,3 milyon sərnişinə xidmət göstərib. Sərnişinlərin 87,0 faizi avtomobil nəqliyyatı, 12,5 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.
Bununla yanaşı, dəmir yolu nəqliyyatı ilə 2023-cü ilin yanvar ayında 1,5 milyon ton yük daşınıb, 2022-ci ilin yanvar ayı ilə müqayisədə yük daşınmasında 19,8 faiz artım qeydə alınıb.

 

Nəqliyyat 2023-03-01 11:39:00