×
A
A
A
Sazlamalar

Avropa çempionatı: Qız həndbolçulardan ibarət yığmanın rəqibləri bəlli olub

Bakı, 1 mart, AZƏRTAC

Bu il Bakıda keçiriləcək 17 yaşlı qız həndbolçular arasında Avropa çempionatının püşkü atılıb.
AZƏRTAC xəbər verir ki, Avstriyanın paytaxtı Vyanada təşkil edilən mərasimdə Azərbaycan millisinin də rəqibləri bəlli olub.
Milli yığmamız Bosniya və Herseqovina, Sloveniya, Litva və Gürcüstanla birlikdə A qrupunda mübarizə aparacaq.
B qrupunda isə İspaniya, İsrail, Yunanıstan, Lüksemburq və Farer adaları seçmələri qüvvələrini sınayacaq.
Qeyd edək ki, Avropa çempionatı avqustun 5-13-də keçiriləcək.

İdman 2023-03-01 01:33:00