×
A
A
A
Sazlamalar

FIFA və AFFA arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Bakı, 28 fevral, AZƏRTAC

Fevralın 28-də FIFA-nın prezidenti Gianni İnfantino ilə AFFA-nın prezidenti Rövnəq Abdullayev arasında görüş keçirilib.
AZƏRTAC AFFA-nın saytına istinadən xəbər verir ki, görüşdə FIFA və AFFA arasında əməkdaşlıq məsələləri müzakirə olunub, FIFA-nın dəstəyi ilə ölkəmizdə həyata keçirilmiş layihələr barədə fikir mübadiləsi aparılıb.
R.Abdullayev futbolun inkişafı ilə bağlı görülən işlər barədə FIFA prezidentinə məlumat verib. Tərəflər səmərəli və faydalı əməkdaşlığın gələcəkdə də, davam etdiriləcəyinə əminliyini ifadə edib.
FIFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru Elxan Məmmədov görüşdə iştirak edib.

İdman 2023-02-28 18:40:00