×
A
A
A
Sazlamalar

FİFA 2022-ci ilin ən yaxşı futbolçusunun adını açıqlayıb

Bakı, 28 fevral, AZƏRTAC

Beynəlxalq Futbol Federasiyası (FİFA) Fransanın "Paris Sen-Jermen" klubunun argentinalı hücumçusu Lionel Messini 2022-ci ilin ən yaxşı futbolçusu elan edib.
AZƏRTAC xəbər verir ki, Parisdə keçirilən mərasimdə ilk üçlüyə Messinin PSJ-dən komanda yoldaşı fransalı Kilian Mbappe və İspaniya "Real"ının fransız hücumçusu Kərim Benzema da daxil olub.
Qeyd edək ki, Messi 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının qalibi olub və turnirin ən yaxşı oyunçusu seçilib.

İdman 2023-02-28 01:51:00