×
A
A
A
Sazlamalar

Argentinanın çalışdırıcısı Skaloni ötən ilin ən yaxşı baş məşqçisi seçilib

Bakı, 28 fevral, AZƏRTAC

Futbol üzrə Argentina milli komandasına rəhbərlik edən Lionel Skaloni Beynəlxalq Futbol Federasiyası (FİFA) tərəfindən 2022-ci ilin ən yaxşı məşqçisi seçilib.
AZƏRTAC xəbər verir ki, Parisdə keçirilən mərasimdə ilk üçlüyə İspaniyanın “Real” klubunun italiyalı çalışdırıcısı Karlo Ançelotti və İngiltərənin “Mançester Siti” klubunun baş məşqçisi Xosep Qvardiola da daxil olub.
Qeyd edək ki, Lionel Skaloni rəhbərliyi altında 2022-ci ildə Argentina millisi 1986-cı ildən sonra ilk dəfə, ümumilikdə isə üçüncü dəfə dünya çempionu olub.

İdman 2023-02-28 01:09:00