×
A
A
A
Sazlamalar

Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş stolüstü tennis turnirinə start verilib

Bakı, 27 fevral, AZƏRTAC

Azərbaycan Respublikasının dövlət qurumlarının əməkdaşları arasında 5 Mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş stolüstü tennis turnirinə start verilib.
AZƏRTAC xəbər verir ki, “Şüa” İdman Kompleksində təşkil olunan yarışda 44 qurumdan 104 kişi, 42 qadın stolüstü tennis həvəskarı şəxsi mübarizədə gücünü sınayır.
Gənclər və İdman Nazirliyi və Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkil etdiyi turnirin keçirilməsində məqsəd əməkdaşların asudə vaxtlarının səmərəli təşkili, sağlamlıqlarının möhkəmləndirilməsi və idmanın bu növünün populyarlığının artırılmasıdır.
Fevralın 28-də yekun vurulacaq yarışın qalibləri təşkilatçılar tərəfindən diplom, medal və mükafatlarla təltif olunacaqlar.

İdman 2023-02-27 19:12:00