×
A
A
A
Sazlamalar

Gənc sablyaçılarımız Avropa çempionatında iştirak ediblər

Bakı, 27 fevral, AZƏRTAC

Estoniyanın paytaxtı Tallində keçirilən yeniyetmə və gənclər arasında qılıncoynatma üzrə Avropa çempionatında gənc sablyaçı oğlanların şəxsi yarışında qaliblər müəyyənləşib.
Azərbaycan Qılıncoynatma Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Murad Əkbərov (4 qələbə), Maqsud Hüseynli (3 qələbə) və Saleh Məmmədov (3 qələbə) qrup mərhələsini uğurla adlayaraq pley-offa yüksəliblər. Qrup mərhələsində qələbələrin sayına görə birbaşa 32-liyə yüksələn M.Əkbərov bu mərhələdə polşalı Benedikt Denkieviçzə 15:13 hesabı ilə qalib gəlib. Təmsilçimiz növbəti mərhələdə ən güclü 8-liyə yüksəlmək uğrunda keçirilən görüşdə turnirin qalibi Marko Mastrulloya 12:15 hesabı ilə uduzub.
Maqsud Hüseynli pley-offda keçirdiyi ilk görüşdə ispan Xayme Florezə 15:13 hesabı ilə qalib gəlsə də, ən güclü 16-lığa yüksəlmək uğrunda keçirilən görüşdə rumıniyalı Radu Nituya 6:15 hesabı ilə məğlub olub.
Saleh Məmmədov bu mərhələdə ukraynalı Dmitrii Kolobaievə 4:15 hesabı ilə uduzub.
Ayxan Xasıyev isə pley-offa yüksələ bilməyib.

İdman 2023-02-27 18:32:00