×
A
A
A
Sazlamalar

“Alanyaspor” klubu baş məşqçisi Françesko Farioli ilə yollarını ayırıb

Bakı, 27 fevral, AZƏRTAC

Türkiyənin “Alanyaspor” futbol klubu baş məşqçisi Françesko Farioli ilə yollarını ayırıb.
AZƏRTAC xəbər verir ki, italiyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, mütəxəssis 2021-ci ilin dekabrından “Alanyaspor”u çalışdırırdı. Komanda 22 turdan sonra 25 xal toplayıb və Super Liqanın turnir cədvəlində 11-ci pillədə qərarlaşıb.

İdman 2023-02-27 17:56:00