×
A
A
A
Sazlamalar

Xocalı faciəsi ilə əlaqədar Salonikidə fotosərgi təşkil olunub

Saloniki, 27 fevral, AZƏRTAC

"QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti və Azərbaycan Evi cəmiyyətin qərargahında "Xocalı soyqırımını unutmayaq və unutdurmayaq” sərlövhəli fotosərgi təşkil edib.
AZƏRTAC xəbər verir ki, Xocalı qətliamının 31-ci ildönümünə həsr olunan sərgidə Yunanıstanda yaşayan həmvətənlərimizlə yanaşı, Salonikinin gürcü və yunan sakinləri də iştirak ediblər.
Cəmiyyətin sədri Rəşid Məmmədov Xocalı soyqırımının tarixi və nəticələri barədə geniş məlumat verərək, faciənin Azərbaycanın tarixində təkcə qətliam deyil, həm də xalqımıza qarşı soyqırımı olduğunu deyib, Xocalı soyqırımına beynəlxalq miqyasda hüquqi-siyasi qiymət verilməməsini qınayıb. O qeyd edib ki, Xocalı faciəsi Azərbaycan xalqının qəlbində ən ağrılı yaradır.
Sonra Xocalı soyqırımının dəhşətlərini əks etdirən sənədli film nümayiş etdirilib və ehsan süfrəsi arxasında müzakirələr aparılıb.
Daha sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonda tədbir iştirakçılarına Xocalı soyqırımına dair videomateriallar və broşürlər təqdim olunub.
Qeyd edək ki, Xocalı qətliamının 31-ci ildönümü ilə əlaqədar “Karfitsa” nəşrində məqalə dərc edilib.

 
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Saloniki

Xocalı faciəsi 2023-02-27 16:25:00