Energetika naziri Şəmkirdə vətəndaşlarla görüşəcək
Bakı, 27 fevral, AZƏRTAC
Martın 3-də energetika naziri Pərviz Şahbazov Şəmkir, Gədəbəy, Tovuz, Qazax və Ağstafa rayonlarından olan vətəndaşları qəbul edəcək.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, qəbul saat 12:00-dan etibarən Şəmkir rayon Gənclər Mərkəzində (ünvan: Şəmkir şəhəri, Bayraq Meydanı) keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin “974” Çağrı mərkəzi, 598-16-55 “Qaynar xətt”i, 598-16-53/54 (daxili 1145, 1245, 1146, 1147) telefon nömrələri (əlaqələndirici şəxs Azər Rzayev), [email protected] elektron poçt ünvanı, həmçinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Tovuz filialı (əlaqələndirici şəxs Səbuhi Mürsəlov, əlaqə telefonu: (050) 287-21-21, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər.
Nazirliyin www.minenergy.gov.az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq” bölməsi vasitəsilə də qəbula yazılmaq mümkündür.
Yan Lidel-Qreynger: Ümidvarıq ki, Ermənistan və Azərbaycan arasında tezliklə sülh sazişi imzalanacaq
AŞPA-nın həmməruzəçisi: Ağdamdakı vəziyyət bizi heyrətləndirdi
AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçiləri Ağdama səfər ediblər
AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçilərinin Ağdama səfəri başlayıb