Gəncə sakinlərindən silah və narkotik götürülüb
Gəncə, 27 fevral, Elcan Məmmədov, AZƏRTAC
Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) 2-ci Polis Şöbəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində silsilə oğurluq hadisələri törədən Nicat Mehtiyev saxlanılıb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, şübhəli şəxsin ətrafında keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində onun qanunsuz əldə edib saxladığı 1 ədəd qundağı və lüləsi kəsilmiş ov tüfəngi, 3 ədəd həmin tüfəngə məxsus 16 kalibrli patron və 1 ədəd giliz aşkar olunaraq götürülüb.
Baş İdarənin 4-cü Polis Bölməsinin əməkdaşları da qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən şəxsi müəyyən ediblər. Əməliyyat-axtarış tədbirləri nəticəsində Elmir Vəliyevdən 1 ədəd “Kalaşnikov” markalı avtomat, həmin silaha aid bir ədəd daraq və 1 ədəd patron aşkar edilərək götürülüb.
Gəncə Şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları isə şəhər ərazisindəki avtomobildən oğruluq etməkdə şübhəli bilinən Ruslan Qasımov və İlqar Əliyevi saxlayaraq, maddi sübutla birlikdə istintaqa təhvil veriblər.
Bundan başqa, Gəncə Şəhər Baş Polis İdarəsi və onun tabeli qurumlarının əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən 10-a yaxın şəxs saxlanılıb. Üzərlərindən marixuana, heroin, tiryək və metamfetamin aşkarlanan həmin şəxslər istintaqa təhvil verilib.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
FHN: Biləsuvarda təxliyə olunan üç kəndin sakinləri evlərinə qaytarılıblar
Biləsuvara sel gəlib, bir kəndin sakinləri təxliyə olunub
Biləsuvarda tədbir: Uşaqlar dünyanın sevincidir
Xocalıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub
“Naxçıvan - bəşəriyyətin beşiyi” VI Beynəlxalq Rəsm Festivalının açılış tədbiri olub