×
A
A
A
Sazlamalar

Xocalı soyqırımı hər bir xalqın faciəsidir

Bakı, 27 fevral, AZƏRTAC

Bişkekdə fəaliyyət göstərən Heydər Əliyev adına 20 nömrəli məktəb-gimnaziyasında “Xocalı soyqırımı hər bir xalqın faciəsidir” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə məktəbin tarix müəllimi Moldokulova S.K. xəritədə Azərbaycanı, Qarabağı, Xocalını göstərib və Xocalı soyqırımı haqqında şagirdlərə geniş məlumat verib.
Tədbir zamanı Xocalı soyqırımının məktəbdə hərtərəfli öyrənilməsi, hətta Qarabağa səfərlərin təşkil olunması da qərara alınıb.
Sonda Türkdilli dövlətlərin siyasətinə dəstək fondu tərəfindən Bişkekdə ingilis və rus dillərində nəşr etdirilən, AMEA-nın Bakıxanov adına Tarix İnstitutunun alimlərinin məhsulu olan “Ermənilərin Azərbaycan ərazisində törətdiyi vəhşiliklər tarixi faktlarla” kitabının 100 nüsxəsi məktəbə hədiyyə olunub.
Qeyd edək ki, “Ermənilərin Azərbaycan ərazisində törətdiyi vəhşiliklər tarixi faktlarla” kitabında Xocalı soyqırımı haqqında “XX əsrin faciəsi: Xocalı soyqırımı” sərlövhəli məqalə yer alıb.

Xocalı faciəsi 2023-02-27 12:58:00