Son illər Qaxda 4 min hektaradək sahədə yeni fındıq bağları salınıb
Qax, 27 fevral, Mustafa Dadaşov, AZƏRTAC
Dövlətimizin başçısının kənd təsərrüfatının ixrac potensialı yüksək sahələrinin, o cümlədən qərzəkli meyvəçiliyin inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıq və göstərişlərin icrasını təmin etmək məqsədilə Qax rayonunda da davamlı iş aparılır. Belə ki, son illər rayon ərazisində 3958 hektarda yeni fındıq bağları salınıb. Yeni fındıq bağlarının 678 hektarı damcı üsulu ilə suvarılan intensiv bağlardır. Hazırda rayonda mövcud fındıq bağlarının ümumi sahəsi 10 min 186,9 hektardır. Bu bağların 6228 hektarı barverəndir. Ötən il fındıq bağlarından 5442 ton məhsul tədarük olunub. Fındıq istehsalı əvvəlki illə müqayisədə 148 ton artıb.
Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Eyvaz Aslanov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, aqrar sahədə yeni subsidiya mexanizminin tətbiqinə başlanılması ilə əlaqədar indi fermerlər fındıq bağlarına aqrotexniki qulluq işlərinə daha çox diqqət ayırırlar. Bu da səbəbsiz deyil. Yeni qaydalara əsasən, fermerlərə ənənəvi fındıq bağlarının hər hektarına görə 250 manat, intensiv bağlara görə isə 730 manat subsidiya verilir.
Havaların əlverişli keçməsindən istifadə edən qaxlı fermerlər artıq fındıq bağlarında aqrotexniki tədbirlərə, budama işlərinə başlayıblar. Eyni zamanda, bağlara üzvi gübrə verilir, suvarılır
Ağstafalı fermerlər göycə alçası ixrac etmək istəyirlər - REPORTAJ
Balakənli kümçülər iki gündə qəbul məntəqəsinə 2,1 tondan çox yaş barama təhvil veriblər
Şabranda taxıl biçininə hazırlıq işləri yekunlaşıb
Zaqatalada mövsümün ilk günündə 351 kiloqram yaş barama təhvil verilib