Saatlıda pərakəndə ticarət dövriyyəsi 292 milyon manatdan çox olub
Saatlı, 27 fevral, Aydın Yavərzadə, AZƏRTAC
Ötən il Saatlı rayonu üzrə pərakəndə ticarət dövriyyəsinin həcmi 292 milyon 105 min manat olub ki, bunun da 19 milyon 689 min manatı və ya 6,7 faizi hüquqi şəxslərin, 272 milyon 416 min manatı və ya 93,3 faizi fiziki şəxslərin payına düşüb.
Saatlı Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, pərakəndə ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 40 milyon 290,8 min manat və ya 16,0 faiz artıb. Pərakəndə ticarət dövriyyəsinin 136 milyon 509,1 min manatı və yaxud 46,7 faizi ərzaq malları, içkilər və tütün məmulatlarının, 155 milyon 595,9 min manatı və yaxud 53,3 faizi qeyri-ərzaq mallarının payına düşüb. Pərakəndə ticarət dövriyyəsinin 292 milyon 64,8 min manatı və ya 99,9 faiz özəl sektorda formalaşıb.
Sumqayıtda mədəniyyət festivalı – “Ruhumuzun binəsi”
Cəlilabadda polis işçiləri arasında mini-futbol turniri keçirilir
Cəbrayıl rayonunun Daş Veysəlli kəndi FOTO
Azərbaycan Xalq Cümhuriyyətinin yaranması dövlətçilik tariximizin qürurverici səhifəsidir