×
A
A
A
Sazlamalar

Salyanda yük və sərnişin daşınması artıb

Salyan, 27 fevral, Aydın Yavərzadə, AZƏRTAC

Salyan rayonunda nəqliyyat təşkilatları 2022-ci ildə 12 milyon 417,9 min manat dəyərində xidmət göstərib. Bu da keçən ilin müvafiq dövrünə nisbətən 26,1 dəfə və ya 11 milyon 942,2 min manat çox olub.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, fərdi sahibkarlar, həmçinin fiziki şəxslər tərəfindən nəqliyyat vasitələri ilə 28 milyon 580 min sərnişin, 950 min ton yük daşınıb. Sərnişin daşınması 25,5 faiz olmaqla 2 milyon 799 min sərnişin, yük daşınması isə 13 faiz, yəni 109 min ton artıb. Nəqliyyat vasitələri ilə sərnişin daşınmasından 4 milyon 896,4 min manat, yük daşınmasından 14 milyon 28,1 min manat gəlir əldə olunub. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sərnişin daşınması üzrə gəlirlər 28,1 faiz və ya 10 milyon 74,1 min manat, yük daşınması isə 34,9 faiz, yəni 369,5 min manat artıb.
İnformasiya və rabitə sahəsində isə rabitə xidmətlərinin həcmi 922,9 min manat olub.

Regionlar 2023-02-27 11:51:14