×
A
A
A
Sazlamalar

MEK-də Xocalı soyqırımının ildönümünə həsr olunmuş virtual sərgi hazırlanıb

Bakı, 27 fevral, AZƏRTAC
AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş virtual sərgi hazırlayıb.
MEK-dən AZƏRTAC-a bildirilib ki, sərgi kitabxananın fondlarındakı nəşrlər əsasında hazırlanıb. Virtual sərgidə “Xocalı soyqırımı şahidlərin dilindən”, “Xocalı yaddaşı”, “Erməni terroru” (üç dildə), “Xocalı qırğını”, “Xocalı. Unutmadıq, unutmarıq!” və digər nəşrlər yer alıb. Kitablarda erməni millətçilərinin Azərbaycan xalqına qarşı apardığı etnik təmizləmə siyasəti, həmçinin Xocalı şəhərini işğal edərək orada yaşayan azərbaycanlılara qarşı törətdikləri soyqırımı faktı barədə ətraflı məlumatlar öz əksini tapıb. Nəşrlərdə soyqırımının şahidləri olmuş Xocalı sakinlərinin acı xatirələri də yer alıb.

Elm və təhsil 2023-02-27 10:53:00