×
A
A
A
Sazlamalar

Araşdırmaçı-jurnalist Nasiha Kumarqızı: biz qazaxıstanlılar bu faciəni unutmuruq

Bakı, 27 fevral, AZƏRTAC

Xocalı soyqırımı Xatın, Liditsa, Oradurom, Srebrenitsa fəlakətləri ilə eyni ağırlıqdadır. 1992-ci il fevralın 26-na keçən gecə Xocalıda 613 dinc sakin amansızlıqla qətlə yetirildi. Bu cinayətin səbəbkarının Ermənistan rəhbərliyinin olması beynəlxalq aləmdə artıq sübut edilib. Biz qazaxıstanlılar - Qazaxıstanda yaşayan 140-dan artıq xalqı və milləti təmsil edən azadlıqsevər və sülhsevər insanlar bu faciəni unutmuruq.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Almatıdakı Dostluq Evində Qazaxıstan Azərbaycanlıları Assosiasiyasının üzvləri ilə keçirilən görüşdə səsləndirilib.
Tədbirdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə Qazaxıstan Azərbaycanlıları Assosiasiyasının sədri Əbülfəs Xamedov, Qərib Məmmədov və araşdırmaçı-jurnalisti Nasiha Kumarqızı çıxış ediblər. Çıxışlarda türk xalqının bir daha belə faciə ilə üzləşməməsi üçün görüləcək işlər diqqətə çatdırılıb.
Sonra Xocalıda şəhid olanların, Türkiyədə zəlzələ nəticəsində həyatını itirənlərin xatirəsinə Quran oxunub.

Xocalı faciəsi 2023-02-27 04:39:00