Ağstafada yol qəzası olub: ölənlər var YENİLƏNİB VİDEO
Ağstafa, 27 fevral, AZƏRTAC
Ağstafada yük maşını ilə minik maşınının toqquşması zamanı ölənlərin kimliyi məlum olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, minik avtomobili ilə yük avtomobilinin toqquşması nəticəsində rayonun Dağ Kəsəmən kəndinin sakinləri 1987-ci il təvəllüdlü Orxan Rzayev və 1987-ci il təvəllüdlü Məhəmməd Xəlilov dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
02:12
Ağstafada ölümlə nəticələn yol qəzası baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Dağ Kəsəmən kəndində keçən hissəsində qeydə alınıb. Yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər hadisə yerində ölüb.
Ağcabədidə axtarışda olan şəxslər saxlanılıb
Şəkidə hostel və kirayə evlərə tələbat hər gün artır - ARAŞDIRMA
Şəkidə Müstəqillik Gününə həsr olunan futbol turnirinin qalibləri müəyyənləşib