Xocalı sakini: Ekoaksiyada ekoloji cinayətlərə son qoyulması ilə yanaşı, Xocalıya ədalət də tələb edirik
Şuşa, 26 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC
Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində Xocalı soyqırımı qurbanlarının xatirəsini anmaq üçün elan olunan sükut dəqiqəsində Xocalı sakinləri də iştirak ediblər.
Xocalı faciəsi zamanı hər iki valideynini itirmiş Murad Hüseynov AZƏRTAC-ın müxbirinə müsahibəsində buraya dinc aksiyanın iştirakçılarına dəstək olaraq gəldiklərini bildirərək deyib: “Mən 1983-cü ildə Xocalı şəhərində anadan olmuşam. Xocalı soyqırımı zamanı hər iki valideynim şəhid olub. Xocalı soyqırımı zamanı ümumilikdə 25 uşaq hər iki valideynini itirib. Həmin 25 uşaqdan 3 nəfər bu gün Laçın-Xankəndi yolunda keçirilən dinc aksiyanın iştirakçılarına dəstək olmaq üçün buradadır. Aksiyada ekoloji terrora son qoyulması ilə yanaşı, Xocalıya dair də şüarlar səsləndirilir. Biz ekoloji cinayətlərə son qoyulması ilə yanaşı, Xocalıya ədalət də tələb edirik”.
Bakı Kitab Mərkəzində “Khojaly Scream” kitabının təqdimatı olub
Ombudsman 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
Xocalı soyqırımının 31-ci ildönümü Aktauda silsilə tədbirlərlə qeyd olunub
Fransa portalı Xocalı soyqırımından bəhs edən məqalə yayıb
Gürcüstan mətbuatı Vyanada Xocalı soyqırımı ilə bağlı aksiyadan yazıb