×
A
A
A
Sazlamalar

Gürcü politoloq: “Xocalı qətliamını törədənlərə ən ağır cəza verilməlidir”

Tbilisi, 26 fevral, AZƏRTAC

Xocalıda 63-ü uşaq olmaqla, yüzlərlə dinc sakin vəhşicəsinə öldürülüb. Bu, bir xalqın milli mənsubiyyətinə görə qətlə yetirilməsidir, soyqırımıdır. Ona görə də, cinayətkarlar beynəlxalq məhkəmə qarşısına çıxarılmalı və ən ağır cəza almalıdırlar.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində gürcü politoloq, tarix elmləri doktoru Badri Naçkebiya söyləyib.
O qeyd edib ki, ermənilərin Qarabağda törətdikləri cinayətlər Xocalı faciəsi ilə bitmir: “Ermənilərin digər qatı cinayətlərinin üstü hələ indi açılır. Azad olunan torpaqlarda kütləvi məzarlıqların aşkarlanması bir daha göstərir ki, azərbaycanlılar təkcə Xocalıda soyqırımına məruz qalmayıb. Beynəlxalq məhkəmə qurulmalı, cinayətkarlar ciddi cəzalandırılmalıdır ki, bəşəriyyət bir daha belə vəhşiliklərlə üzləşməsin”.

 
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Xocalı faciəsi 2023-02-26 15:51:00